Bakı ən qeyri-adi arxitekturaya malik şəhərlər üzrə "top-5"ə daxil edilib

"Top-5"də digər yerləri isə Barselona, İstanbul, Roma və Şanxay tutub

  • 19

Bakı , Nərgiz Quliyeva, İnteraz - 12 Yanvar 2018, 12:35

Populyar turizm bələdçisi "Lonely Planet" qeyri-adi arxitektura pərəstişkarı olan turistlərin xüsusilə bəyənəyəcəyi şəhərləri açıqlayıb.

 

Bu barədə "Report" Rusiya KİV-inə istinadən xəbər verir. bu reytinq artıq dünyanın ən böyük arxitektura mərkəzlərində - Paris, Nyu-York və Londonda olanlara və yeni marşrutlar axtaranlara ünvanlanıb.

 

Bakı reytinqdə 5-ci yeri tutub. Reytinqi tərtib edənlər turistlərə Azərbaycanın paytaxtında İçərişəhər küçələrində gəzmək, Qız qalası və Heydər Əliyev Mərkəzini ziyarət etmək məsləhət görürlər.

 

"Top-5"də digər yerləri isə Barselona, İstanbul, Roma və Şanxay tutub.

 

"Lonely Planet"in ekspertləri qeyri-adi arxitekturaya malik şəhərlər üzrə "top-10"a həmçinin Brazilia, Oksford, Mayami, Mumbay və Çikaqonu daxil ediblər.

Ən çox oxunan