İrlandiyada qeyri-adi hotel açılıb

Hotelin hər bir nömrəsinin qeyri-adi konstruksiyası sakinlər üçün ətraf əraziyə 180 dərəcəlik baxış bucağı təqdim edir

Bakı, Cavid Babayev, İnteraz - 17 May 2018, 16:14

İrlandiyanın şimalındakı Enniskillen şəhərində şəffaf damı olan hotel açılıb.

İnterAz-ın "Trend"ə istinadən verdiyi məlumatına görə, yeddi nömrədən ibarət hotelin hər bir nömrəsinin qeyri-adi konstruksiyası sakinlər üçün ətraf əraziyə 180 dərəcəlik baxış bucağı təqdim edir. Nömrələr isitmə sistemi və temperatur nizamlayıcısı ilə təmin olunub.

Bundan başqa, hotel sakinlərə dağ velosipedləri və Lox-Ern gölündə üzmək üçün baydarkalar təklif edir.