International Azerbaijan Television

Haqqımızda

Rusiyanın ilk azərbaycandilli telekanalı

Telekanal 2007-ci ildə Rusiya Federal Vergi Xidmətinin Rayonlararası müfəttişliyində qeydiyyata alınıb, eləcə də Rusiya kütləvi kommunikasiyalar və mədəni irsin mühafizəsi sahəsində qanunvericiliyə nəzarət Federal Xidmətindən teleproqramların hazırlanmasına dair ЭЛ № ФС 77–22625 şəhadətnaməsini alıb.

Telekanalın baş ofisi Moskvada yerləşir. Rusiyanın aparıcı telekanalları ilə yaxın əlaqəyə malikdir. Bakıda isə rəsmi nümayəndəliyi fəaliyyət göstərir. Telekanal azərbaycan və rus dillərində verilişlər yayımlayır.

“İnterAz” telekanalı 75-ci dərəcədə yerləşən LMİ-1 (ABS-2) peyki vasitəsilə həyata keçirdiyi açıq yayımla Rusiya və MDB ölkələri daxil olmaqla bütün Avrasiya və Şimali Afrikanı əhatə edir. Həmçinin, coxmilyonluq Raduqa kabel operatoru vasitəsilə bütün Rusiya ərazisində baxılma imkanına malikdir. Bundan əlavə efirimiz onlarla kabel ve İPTV şəbəkələri vasitəsilə Azərbaycan, Rusiya və Ukrainada geniş izləyici kütləsinə qovuşur.

Dünya azərbaycanlılarının yeni ünvanı olan “İnterAz” televiziyası ilk milli peykimiz - "Azerspace-1" vasitəsilə də yayımlanır. “Azərspace-1” peyki 46 dərəcə şərq uzunluğu dairəsində, geostasionar orbitdə yerləşir və Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edir. “İnteraz” digər Azerbaycan telekanalları ilə eyni paketdədir.

“İnterAz” kanalı ölkəmizin sərhədlərindən kənarda fəaliyyət göstərən ilk kanal olduğu üçün fəaliyyətə başladığı gündən milli-mənəvi dəyərləri özünə prioritet bilmişdir.

Kanalı peyklər vasitəsilə ölkəmizin, eləcə də dünyanın hər yerindən izləmək mümkün olduğundan “İnterAz” ana xətt olaraq öz tamaşaçılarına azərbaycançılığı, Azərbaycan dili, mədəniyyəti, milli-mənəvi dəyərləri, adət-ənənələrini, dinimizi və dövlət siyasətimizi təbliğ etməkdədir.

Necə baxmalı?

İnteraz-ı necə izləmək olar?

Korporativ stil

Qrafik dizayn

İnterAz'ın logotipi
raster formatında (TIFF, 2.1 Мб),
vektor formatda (CDR, 27 кб).

Kanalın daimi efir identifikatoru qismində narıncı kvadrat formasında loqotipdən istifadə olunur

Loqotipin kadraltı haşiyədə titrlərlə istifadə nümunəsi

Loqotipin kadraltı haşiyədə titrli obyektlərlə istifadə nümunəsi (saat + qaçan sətir)

Korporativ stil qrafik forma və bir ideyada birləşən, əsas məqsədi şirkəti digərlərindən seçmək və istehlakçının gözündə tanış bir obraz yaratmaq olan vizual ünsiyyətin təməl prinsipləri toplusudur.

“İnterAz” brendi altında fəaliyyət göstərən şirkətlər baş “İnterAz” şirkətinin müəyyən etdiyi tipoqrafika qaydalarından istifadə etməlidirlər.

“Source Sans Pro” “İnterAz” teleşirkətinin korporativ şriftidir. Bu şriftin işarələrinin şəkli və təsvirlərinin zənginliyi şirkətin korporativ imicidir. “Source Sans Pro”dan efir quruluşunda, teleşirkətlə bağlı mətnlərin yığılması üçün çap məhsullarında istifadə olunur. Böyükkeqelli Source Sans Pro formatında yığım zamanı aşağıdakı qaydalar rəhbər tutulmalıdır:



Source Sans Pro-dan efir üçün istifadə edərkən:

img
Xeyirli sabahlar
/
img
Bizim mədəniyyət
/
img
Arena
/
img
7-ci gün
/
img
Allah kəlamı
/
img
Bədii Film
/
img
Cizgi filmi
/
img
İnteraz
/
img
Rekordman
/
img
Qalib ol
/
img
Xəbərlər
/
img
İncə saat
/
img
Xeyirli sabahlar
/
img
Xəbərlər
/
img
Xəbərlər
/
img
Xeyirli sabahlar
/
img
Siyasət və həyat
/
img
Zirvə
/
img
Xəbərlər süjet
Əsgər Gülverdiyev
/

Tərəfdaşlar

Biz kimlərlə çalışırıq
img
img
img

Əlaqə

Bizimlə əlaqə yaratmaq üçün

Moskva

117556, Rusiya Federasiyası, Moskva şəhəri,
Naximovski prospekti, ev 51/21, ofis 304

Tel.: +7 (499) 744-44-99
Tel.: +7(926) 033-03-13


E-mail: info@interaztv.com

Bakı

AZ 1009, Azərbaycan, Bakı şəh.
Yasamal rayonu, Z.Əhmədbəyov küç., ev 2/29

Tel.: (+99412) 480-2-313


E-mail: info@interaztv.com