İlham Əliyev: Azərbaycanda bu il inşaat sektoru inkişaf edəcək

İl ərzində görülmüş tədbirlər nəticəsində inşaat sektorunun canlandırılması istiqamətində önəmli addımlar atılıb

  • 14

Bakı, Nazilə Xaqani, İnteraz - 11 Yanvar 2017, 13:22

"Əminəm ki, ölkəmiz 2017-ci ildə uğurla inkişaf edəcək. Bütün sosial proqramlar icra ediləcək və iqtisadi inkişafla bağlı çox önəmli addımlar atılacaq".

İnterAz xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

İl ərzində görülmüş tədbirlər nəticəsində inşaat sektorunun canlandırılması istiqamətində önəmli addımlar atıldığını deyən Prezident əlavə edib ki, 2017-ci ildə də inşaat sektorunun inkişafı ilə bağlı lazımi tədbirlər görüləcək, Azərbaycanda bu il inşaat sektoru inkişaf edəcək.