Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri açıqlanıb

Manata nəzərən avronun məzənnəsi isə 1,8809 manat təşkil edir

  • 4

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Yanvar 2017, 09:56

Azərbaycan Mərkəzi Bankı 12 yanvar tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan İnterAz-a verilən məlumata görə, yanvarın 12-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7742 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi isə 1,8809 manat təşkil edir.

1 türk lirəsi 0,4574 manat, 1 rus rublu 0,0297 manatdır.