Neft bahalaşıb

“Brent” markalı neftin bir barrelinin qiyməti 1,46 dollar artaraq 55,10 dollar olub

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Yanvar 2017, 11:13

Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edib.

İnterAz xəbər verir ki, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,43 dollar bahalaşaraq 52,25 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,46 dollar artaraq 55,10 dollar olub.

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 0,71 dollar bahalaşaraq 55,38 dollar təşkil edib.