Azərbaycan nefti bahalaşıb

Neftin qiyməti 53,31 dollar/barelə bərabər olub

Bakı, Şəbnəm İlhamlı, İnteraz - 19 May 2017, 09:40

 Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,17 dollar və yaxud 0,32% artıb.

İnterAz xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 53,31 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.