Neftin qiyməti aprelin sonundan bəri ən yüksək həddə çatıb

Brent markalı neftin bir barelinin iyul fyuçersinin qiyməti 0,65% (1,24%) qalxaraq 53,16 dollar təşkil edib

  • 10

Bakı, Ceyhun Nəzərov, İnteraz - 19 May 2017, 17:21

Dünya bazarında neftin qiyməti müsbət dinamika nümayiş etdirməkdədir.

İnterAz-ın “İnterfaks”-a istinadla verdiyi xəbərə görə, Brent markalı neftin bir barelinin iyul fyuçersinin qiyməti 0,65% (1,24%) qalxaraq 53,16 dollar təşkil edib.

WTI markalı neftin bir barelinin iyun fyuçersinin qiyməti 0,63 dollar (1,28%) bahalaşaraq 49,98 dollar olub. Bu göstəricilər aprelin sonundan bəri ən yüksək həddir.