Azərbaycan nefti ucuzlaşıb

Neftin qiyməti 53,7 dollar/barelə bərabər olub

Bakı, Şəbnəm İlhamlı, İnteraz - 10 Avqust 2017, 10:00

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,24 dollar və yaxud 0,44% azalıb.

İnterAz xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 53,7 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.