Sabaha manatın dollara nisbətdə orta çəkili məzənnəsi açıqlanıb

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7007 səviyyəsində formalaşıb

Bakı, Şəbnəm İlhamlı, İnteraz - 10 Avqust 2017, 12:59

Avqustun 10-da Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib.

Mərkəzi Bankdan İnterAz-a verilən məlumata görə, hərracda manatın ortaçəkili məzənnəsi 1,7007 səviyyəsində formalaşıb.

Qeyd edək ki, avqustun 9-da USD/AZN rəsmi məzənnəsi 1,7007 manat təşkil edib.