Bu günə olan valyuta məzənnələri açıqlanıb

ABŞ dollarının rəsmi məzənnəsi 1.7007 manat təşkil edir

Bakı, Şəbnəm İlhamlı, İnteraz - 11 Avqust 2017, 09:18

Azərbaycan Mərkəzi Bankı 11 avqust tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan İnterAz-a verilən məlumata görə, avqustun 11-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1.7007 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 2.0025 manat təşkil edir.

1 türk lirəsi 0,4796 manat, 1 rus rublu 0,0283 manat, 1 gürcü larisi isə 0,7116 manatdır.