Mərkəzi Bank sədrinin müavini vəzifəsindən azad olunub

Xəqani Abdullayevin yerinə təyinat olmayıb

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Sentyabr 2017, 09:50

Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin müavini, İdarə Heyətinin üzvü Xəqani Abdullayev vəzifəsindən azad edilib.

İnterAz xəbər verir ki, prezident İlham Əliyev bununla bağlı avqustun 1-də sərəncam imzalayıb. Xəqani Abdullayevin yerinə təyinat olmayıb. Bir müddət əvvəl onun vəzifəsindən azad edilməsi ilə bağlı ərizə yazdığı bildirilir.

Xatırladaq ki, X.Abdullayev 2010-cu ilin aprel ayında sədr müavini təyin edilib, 2015-ci ilin aprelində isə İdarə Heyətinin üzvü seçilib.