Azərbaycan iqtisadiyyatında geriləmə üç dəfə azalacaq - BVF

Noyabrın sonunda Beynəlxalq Valyuta Fondundan nümayəndələr Azərbaycana gələcək

Bakı, Nazilə Xaqani, İnteraz - 13 Sentyabr 2017, 17:16

Azərbaycan İqtisadiyyatında geriləmə üç dəfə azalacaq.

İnterAz xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Orta Asiya Ölkələri Departamentinin Direktoru Cihad Azur Azərbaycana səfərinin yekununda mətbuat konfransında deyib.

O, maliyyə baxımından işlərin yaxşılığa doğru getdiyini deyib. Həmçinin əlavə edib ki, inflyasiya bir rəqəmlə ifadə olunacaq: "Noyabrın sonunda Beynəlxalq Valyuta Fondundan nümayəndələr Azərbaycana gələcək və 2018 ci ildə büdcə göstəriciləri müzakirə ediləcək".

O əlavə edib ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qəbul edilməsinə ehtiyac var:" Bu, iqtisadiyyatın diversifikasiyasına kömək edəcək. 2014-2015-ci illərdəki sarsıntı bir sıra ölkələrə təsir edib. Azərbaycanda əlavə tədbirlərə ehtiyac var idi ki, iqtisadiyyatın stabilləşməsinə nail ola biləsiniz. Əlavə xərclərə yol verməmək, fiskal risklər azalmalıdır. Bu kimi məsələlərə doğru addımlar atılmalıdır. Bundan başqa, iqtisadiyyatı şaxələndirmək lazımdır. Özəl sektora sərmayə qoyuluşu olmalıdır".

C.Azur neftin növbəti ilə aid qiyməti ilə bağlı danışarkən bildirib ki, hazırda neftin dəyəri  50-55 dollar civarındadır. "Bu dəhliz yaxın iki il ərzində davam edəcək".