İranın iqtisadiyyat və maliyyə naziri oktyabrın 23-də Bakıya səfər edəcək

Məsud Kərbasian Azərbaycana səfər edəcək

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Oktyabr 2017, 16:18

İranın iqtisadiyyat və maliyyə naziri Məsud Kərbasian Azərbaycana səfər edəcək.

Bu barədə İnterAz-a İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Mətbuat xidmətindən verilən məlumata görə, nazir oktyabrın 23-24-də Bakıda səfərdə olacaq.