Azərbaycanın energetika naziri vəzifəsinə təyinat olub

İlham Əliyev Pərviz Oqtay oğlu Şahbazovun Azərbaycanın energetika naziri təyin edilməsi haqqında sərəncam imzalayıb

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Oktyabr 2017, 16:57

Azərbaycanın yeni energetika naziri təyin edilib.

İnterAz-ın məlumatına görə, Prezident İlham Əliyev Pərviz Oqtay oğlu Şahbazovun Azərbaycanın energetika naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, P.Şahbazov bundan əvvəl Azərbaycanın Almaniyadakı səfiri vəzifəsində çalışıb.