Dolların sabaha olan məzənnəsi açıqlanıb

Rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7003 manat səviyyəsində müəyyən olunub

Bakı, Nazilə Xaqani, İnteraz - 12 Oktyabr 2017, 17:14

Oktyabrın 13-nə manatın məzənnəsi açıqlanıb.

Mərkəzi Bankdan İnterAz-a verilən məlumata görə, 13.10.2017-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7003 manat səviyyəsində müəyyən olunub.

Qeyd edək ki, oktyabrın 12-də də USD/AZN rəsmi məzənnəsi 1,7003 manat təşkil edib.