Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri

Manata nəzərən avronun məzənnəsi 1,9812 manat təşkil edir

Bakı, Nazilə Xaqani, İnteraz - 13 Noyabr 2017, 10:27

Azərbaycan Mərkəzi Bankı 13 noyabr tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan İnterAz-a verilən məlumata görə, noyabrın 13-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7002 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1,9812 manat təşkil edir.

1 türk lirəsi 0,4404 manat, 1 rus rublu 0,0287 manat, 1 İran rialı 0,0043 manat, 1 gürcü larisi isə 0,6414 manatdır.