“AzəriLayt”ın bir barreli 64,66 dollara satılır

“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,97 dollar ucuzlaşıb

Bakı, Nazilə Xaqani, İnteraz - 14 Noyabr 2017, 10:47

Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

İnterAz xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barrelinin qiyməti 0,97 dollar ucuzlaşaraq 64,66 dollar olub.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,14 dollar ucuzlaşaraq 56,62 dollar, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,19 dollar azalaraq 62,97 dollar təşkil edib.