Dünya birjalarında neft yenidən bahalaşıb

WTI neftinin qiyməti 1 barelə görə 0,21 dollar və ya 0,38% artaraq 56,17 dollar təşkil edib

Bakı, Nazilə Xaqani, İnteraz - 07 Dekabr 2017, 11:35

Dünya birjalarında neft yenidən bahalaşır.

 

İnterAz xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,21 dollar və ya 0,38% artaraq 56,17 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,27 dollar və ya 0,44% artaraq 61,49 dollar olub.