"Bakubus"-a verilən 175 nömrəli marşrut xəttində gedişhaqqı nə qədər olacaq?

175 nömrəli marşrut xəttinin hərəkət sxemində dəyişiklik edilib

Bakı, Nazilə Xaqani, İnteraz - 11 Yanvar 2018, 15:05

Marşrut xətlərində tətbiq olunan gediş haqqı Tarif Şurasının müvafiq qaydalarına əsasən həyata keçirilir. Bu qaydalara əsasən şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası marşrutlarda sərnişindaşıma xidmətlərinin ödənişi məsafədən asılı olaraq dəyişir. 

 

Bu barədə InterAz-a məlumat verən BakuBus MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev bildirib ki, şəhərətrafı və qəsəbələrarası 1 km-dən 15 km-dək (15 km daxil olmaqla) 20 q. 15 km-dən 25 km-dək (25 km daxil olmaqla) 25 q. 25 km-dən 30 km-dək (30 km daxil olmaqla) 30 q.- dir. Yanvarın 13-dən etibarən “BakuBus” avtobuslarının xidmət göstərəcəyi 175 nömrəli marşrut xəttində də gedişhaqqı göstərilən normativlərə uyğun olaraq 30 qəpik müəyyən edilib.

 

Qeyd edək ki, 175 nömrəli marşrut xəttinin hərəkət sxemində dəyişiklik edilib. 13 yanvar 2018-ci il tarixdən bu xətti üzrə avtobuslar Hövsan qəsəbəsinin mərkəzindən əvəvlki xəttən fərqli olaraq “Xətai” metrosuna yox, “28 May” metrostansiyasınadək hərəkət edir.