Azərbaycanda qüvvədə olan standartların elektron bazası yaradılıb

Azərbaycan ərazisində qüvvədə olan standartların elektron bazası yaradılıb

  • 8

Bakı, , İnteraz - 12 Yanvar 2018, 12:02

Azərbaycan ərazisində qüvvədə olan standartların elektron bazası yaradılıb.

 

 

İnterAz-ın məlumatına görə, bu, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən 2017-ci ildə görülən işlərə dair hesabatda öz əksini tapıb.

 

 

Hesabatda qeyd olunub ki, standartların elektron bazası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Data Mərkəzinin serverində yerləşdirilib, hazırda ictimaiyyətə açıq şəkildə təqdim edilməsi üçün komitənin saytına inteqrasiya olunmaqdadır.

 

 

Komitədən bildirilib ki, elektron bazada milli standartlarla yanaşı, beynəlxalq və dövlətlərarası, o cümlədən xarici ölkələrin standartları və digər texniki normativ sənədlər, onların əldə edilməsi şərtləri barədə məlumatlar, yerli müəssisələrə onlayn çatdırılması imkanları yaradılıb.