“Instagram”da istifadəçinin son giriş vaxtı göstəriləcək

Bu funksiyanı "Sazlamalar" bölməsindən asanlıqla deaktiv etmək olar

Bakı, , İnteraz - 22 Yanvar 2018, 10:54

“Instagram”da tətbiq edilmiş yeni funksiya istifadəçinin proqrama son daxilolma vaxtını göstərəcək. Bu haqda “Business Insider” nəşri yazıb.

 

Son giriş vaxtı hamıya deyil, yalnız istifadəçinin şəxsi mesajlar bölməsində yazışdığı insanlara göstəriləcək. Məlumata görə, bu funksiyanı "Sazlamalar" bölməsindən asanlıqla deaktiv etmək olar.

“ICTnews”