Mikayıl Cabbarov: Vergilər Nazirliyi həvəsləndirici vergi siyasəti həyata keçirmək niyyətindədir

Nazirliyin əsas məqsədlərindən biri vergi bazasının genişləndirilməsi olacaq

Bakı, Nərgiz Yəhyayeva, , İnteraz - 13 Fevral 2018, 12:00

"Vergilər Nazirliyi həvəsləndirici vergi siyasəti həyata keçirmək niyyətindədir".

 

İnterAz xəbər verir ki, bunu "Vergilər. Şəffaflıq. İnkişaf" adlı konfransda Azərbaycanın vergilər naziri Mikayıl Cabbarov deyib.

 

Vergi daxilolmalarının həcminin artırılması məsələsinə toxunan nazir qeyd edib ki, nazirliyin əsas məqsədlərindən biri vergi bazasının genişləndirilməsi olacaq.