Azərbaycanda 33 dövlət əmlakı özəlləşdirilib

Əmlaklardan 7-si üzrə 17 sifariş qəbul edilib

Bakı, Nərgiz Yəhyayeva, , İnteraz - 13 Fevral 2018, 14:24

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirib.

 

İnterAz komitəyə istinadən xəbər verir ki, hərracda 33 dövlət əmlakı özəlləşdirilib.

 

Bunlardan 1-i səhmdar cəmiyyəti, 3-ü kiçik dövlət müəssisəsi, 18-si qeyri-yaşayış sahəsi, 1-i yarımçıq tikili, 10-u isə nəqliyyat vasitəsidir.

 

Bakı şəhəri üzrə 1 səhmdar cəmiyyəti, 2 kiçik dövlət müəssisəsi, 15 istifadəsiz qeyri-yaşayış sahəsi və 10 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə isə 1 kiçik dövlət müəssisəsi, 3 istifadəsiz qeyri-yaşayış sahəsi və 1 yarımçıq tikili sahəsi sahibini tapıb.

 

Əmlaklardan 7-si üzrə 17 sifariş qəbul edilib. Sifarişlərdən 4-ü isə elektron qaydada verilib.