Ötən il yükdaşımalarda 16 faiz artım olub

Ötən il Azərbaycandan 10,4 milyon ton yük daşınıb

Bakı, Nazilə Xaqani, İnteraz - 13 Fevral 2018, 16:55

Ötən il Azərbaycanda yükdaşımalarda 16 faiz artım olub.

 

İnterAz xəbər verir ki, bu barədə fevralın 13-də iqtisadiyyat naziri Şahin Mustafayev mətbuat konfransında deyib.

 

O bildirib ki, ötən il Azərbaycandan 10,4 milyon ton yük daşınıb.