Brent markalı neft bahalaşıb

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,08 dollar və ya 0,13% bahalaşaraq 62,80 dollar təşkil edib

Bakı, Nərgiz Quliyeva, İnteraz - 14 Fevral 2018, 11:16

Dünya birjalarında neftin qiyməti fərqli istiqamətdə dəyişib .

 

 

 

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti  1 barelə görə 0,02 dollar və ya 0,03% azalaraq 59,17 dollar təşkil olub.

 

 

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,08 dollar və ya 0,13% bahalaşaraq 62,80 dollar təşkil edib.