Azərbaycan əhalisi ötən il 161 mln. manatlıq avtomobil yanacağı alıb

Bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmi 2 794,6 mln. manat təşkil edib

Bakı , Nərgiz Quliyeva, İnteraz - 14 Fevral 2018, 13:10

Bu ilin yanvar ayında Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmi 2 794,6 mln. manat təşkil edib.

 

İnterAz Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4% çoxdur.

 

Sözügedən məbləğin 44,85%-i və yaxud 1 253,4 mln. manatı ərzaq məhsulları, 5,65%-i və yaxud 158 mln. manatı içki və tütün məmulatları, 17,4%-i və yaxud 486,3 mln. manatı toxuculuq məhsulları, geyim və ayaqqabı, 6,1%-i və yaxud 170,7 mln. manatı elektrik malları və mebel, 0,7%-i və yaxud 20 mln. manatı kompüter, kommunikasiya avadanlıqları və çap məhsulları, 1,35%-i və yaxud 37,6 mln. manatı əczaçılıq və tibbi mallara, 5,8%-i və yaxud 161,4 mln. manatı avtomobil yanacağı, 18,15%-i və yaxud 507,2 mln. manatı isə digər qeyri-ərzaq məhsullarına yönəldilib.