Türkiyə Rusiyadan ikinci dəfə “S-400” zenit-raket kompleksi alacaq

Məlumata görə, bundan sonra Türkiyə ilə Rusiya arasında yenidən müzakirələr başlayacaq

Bakı, Nərgiz Quliyeva, İnteraz - 14 Fevral 2018, 14:24

 Türkiyə Rusiyadan ikinci dəfə “S-400” zenit-raket kompleksi almağı planlaşdırır.

 

“Report” “Ahaber”ə istinadən xəbər verir ki, iki ölkə arasında imzalanan müqaviləyə əsasən, rəsmi Moskva Türkiyəyə satdığı bu sistemin ilk partiyasını 2020-ci ildə təhvil verəcək.

 

Məlumata görə, bundan sonra Türkiyə ilə Rusiya arasında yenidən müzakirələr başlayacaq. Tərəflərin “S-400” zenit-raket kompleksinin ikinci partiyasının alqı-satqısı üçün 2021-ci ildə danışıqlar masasına oturacağı gözlənilir. 

 

Qeyd edək ki, Rusiyanın “Rostex” Dövlət Şirkətinin direktoru Sergey Çemezov “S-400”-ün ilk partiyasının 2020-ci ilin martında Türkiyəyə təhvil veriləcəyinin bildirib.

 

.