Bakı-Sumqayıt-Bakı qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək

15-20 fevral Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli hissəvi dəyişdirilir

Bakı, Nazilə Xaqani, İnteraz - 14 Fevral 2018, 17:05

Fevralın 15-dən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlində hissəvi dəyişiklik ediləcək.

 

Bu barədə İnterAz-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

 

Məlumata görə, Bakı-yük-Keşlə mənzilinin cüt yolunda aparılan təmir işləri ilə bağlı  “Texniki fasilə”nin verilməsi ilə əlaqədar olaraq, 15-20 fevral Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəli hissəvi dəyişdirilir.