Dolların sabaha olan məzənnəsi açıqlanıb

Rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7001 manat səviyyəsində müəyyən olunub

Bakı, Nazilə Xaqani, İnteraz - 14 Fevral 2018, 17:17

Fevralın 15-nə manatın məzənnəsi açıqlanıb.

 

Mərkəzi Bankdan İnterAz-a verilən məlumata görə, 15.02.2018-ci il tarixindən etibarən rəsmi məzənnə 1 ABŞ dollarına nisbətdə 1,7001 manat səviyyəsində müəyyən olunub.

 

Qeyd edək ki, 2018-ci il fevralın 14-də də USD/AZN rəsmi məzənnəsi 1,7001 manat təşkil edib.