Baş Mingəçevir stansiyasında yeni yoldəyişənlər quraşdırılır

Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur

Bakı, Nazilə Xaqani, İnteraz - 23 Fevral 2018, 17:36

Baş Mingəçevir stansiyasında yeni yoldəyişənlər quraşdırılır.

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən İnterAz-a verilən məlumata görə, dəmir yolunda əsaslı təmir prosesinin növbəti mərhələsi davam edir və Bakı-Böyük Kəsik istiqamətində 600 km yol əsaslı təmir olunur. Eyni zamanda 2016-cı ilin sentyabr ayından etibarən 5 və 11 saylı İDYM MMC-lər tərəfindən yeni yoldəyişənlərin quraşdırılması həyata keçirilir.

 

Qeyd edək ki, ilk belə yoldəyişən 9 sentyabr 2016-cı ildə quraşdırılıb və bu günə kimi 124 yoldəyişən yenisi ilə əvəz olunub.

 

Sabah Baş Mingəçevir stansiyasının tək boğazlarında mövcud olan 4 ədəd yoldəyişən qurğunun əsaslı təmirinə başlanacaq. İşlər mərhələli şəkildə davam etdiriləcək. Prosesi 11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirəcək.