Mikayıl Cabbarov Fazil Məmmədovun işdən azad etdiyi şəxsə vəzifə verib (Foto)

Nazir Mikayıl Cabbarov Manaf Bayramovu özünə yeni müşavir təyin edib

Bakı, , İnteraz - 12 Mart 2018, 12:46

Vergilər Nazirliyində yeni təyinat olub.

Nazir Mikayıl Cabbarov Manaf Bayramovu özünə yeni müşavir təyin edib. O, vaxtilə Bakı Vergi Departamentinin rəisi olub. III dərəcəli vergi xidməti müşaviri 2005-ci ilin noyabrında keçmiş vergilər naziri Fazil Məmmədovun əmri ilə vəzifəsindən azad edilib.

Həmin vaxt nazirlik M.Bayramovun işdən çıxarılmasına səbəb kimi onun nizam-intizam qaydalarını pozmasını, həmçinin 2005-ci ilin sentyabr-oktyabr ayları ərzində vergi daxilolmaları üzrə proqnozu yerinə yetirə bilməməsini göstərib. O, 2008-ci ildən ötən ilin sonuna qədər iqtisadiyyat naziri Şahin Mustafayevin müşaviri vəzifəsində çalışıb.

“Report”