Azərbaycana gələn türk vətəndaşları üçün viza prosedurları dəyişib

15 may tarixində qüvvəyə minən həmin qərar çərçivəsində giriş vizaları ASAN visa və ASAN payment sistemi üzrə beynəlxalq hava limanlarında elektrron şəkildə təşkil olunacaq

Bakı , Nərgiz Quliyeva, İnteraz - 13 Mart 2018, 12:07

Azərbaycan ərazisinə daxil olduqda hava limanında həyata keçirilən viza prosedurları mayın 15-dən ASAN-ın vətəndaşlar üçün viza və ASAN ödəmə sistemi vasitəsilə elektron şəkildə həyata keçiriləcək.

Bu barədə türk mətbuatı Mülki Aviasiya Ümumi Müdirliyinin internet saytına istinadən xəbər yayıb.

Bildirilir ki, Türkiyənin Bakıdakı səfirliyinə göndərilən xəbərdarlığa uyğun olaraq, xaricilərə vəvətəndaşlığı olmayan şəxslərə tətbiq olunan viza proseduru dəyişdirilib. 

15 may tarixində qüvvəyə minən həmin qərar çərçivəsində giriş vizaları ASAN visa və ASAN payment sistemi üzrə beynəlxalq hava limanlarında elektrron şəkildə təşkil olunacaq. İcraat Azərbaycan prezidentinin yanında fəaliyyət göstərən ASAN xidmət tərəfindən həyata keçilirəcək.