Azərbaycan neftinin qiyməti ucuzlaşıb

"Azeri LT CIF" markalı neftin qiyməti 65,85 dollar/barelə bərabər olub

Bakı , Nərgiz Quliyeva, İnteraz - 14 Mart 2018, 09:47

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,20 dollar və yaxud 0,30% azalıb.

"Azeri LT CIF" markalı neftin qiyməti 65,85 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında , maksimal qiyməti isə 2008-ci ilin iyulunda qeydə alınıb.