Hindistan Azərbaycana 200 milyon dollar investisiya qoyub

Hindistan Azərbaycanın 15 ən böyük tərəfdaşından biridir

Bakı , Nərgiz Quliyeva, İnteraz - 14 Mart 2018, 10:05

"Azərbaycanda 15-dən çox Hindistan şirkəti fəaliyyət göstərir".

 

 bunu AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Bakıda keçirilən Hindistan-Azərbaycan biznes forumunda deyib.

 

Onun sözlərinə görə, Hindistan Azərbaycanın 15 ən böyük tərəfdaşından biridir: "Hindistan Azərbaycana 200 milyon dollar investisiya qoyub. Azərbaycanda hindistanlı iş adamları üçün şərait yaradılıb".