ABŞ Çindən idxal olunan 60 mlrd. dollarlıq mala gömrük rüsumu tətbiq edəcək

Proses əsasən texnologiya və telekommunikasiya sektorunu əhatə edəcək

Bakı , Nərgiz Quliyeva, İnteraz - 14 Mart 2018, 10:16

ABŞ Prezidenti Donald Trampın administrasiyası Çindən idxal olunan mallara gömrük rüsumunun tətbiqi ilə bağlı təkliflər hazırlayır. 

 

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, rüsum tətlbiq olunacaq malların illik dəyərinin 60 mlrd. dollar olması ehtimal edilir. 

 

Proses əsasən texnologiya və telekommunikasiya sektorunu əhatə edəcək. Rüsumlar 100 adda mala tətbiq oluna bilər. Ag Ev malların dəyəri və hansı müddəti əhatə edəcəyi barədə açıqlama verməyib. Nüfuzlu multimedia nəşri "Politico" yazır ki, D.Tramp 30 mlrd. dollarlıq Çin malına gömrük rüsumunun tətbiqi ilə bağlı təklifi rədd edib və həcmin artırılmasını istəyib.

 

Xatırladaq ki, ABŞ Prezidenti ötən həftə idxal olunan polada 25%, alüminiuma isə 10% gömrük rüsumunun tətbiq edilməsi ilə bağlı qərar qəbul edib.