Bakı metrosunda maraqlı yenilik edilib

Bundan sonra telefon, planşet kimi avadanlıqları rahatlıqla enerjiyə qoymaq mümkün olacaq

Bakı, , İnteraz - 04 Aprel 2018, 15:59

Metroda vaqonların hər birinə 16 ədəd USB portu quraşdırılıb.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

O bildirib ki, bundan sonra telefon, planşet kimi avadanlıqları rahatlıqla enerjiyə qoymaq mümkün olacaq: “Təsəvvür edirsiniz, hər vaqonda, qatarda yox ha, vaqonda 16 ədəd USB portu var. Telefon, planşet kimi avadanlıqları enerji ilə doldura bilərsiniz. Harada? Təzə aldığımız qatarların vaqonlarında”.

"Oxu.az"