BP-də daha bir azərbaycanlıya vəzifə verilib

Leyla Novruzova şirkətin London ofisində Qlobal Biznes Xidmətlərində insan resursları üzrə direktor təyin edilib

Bakı, Nazilə Xaqani, İnteraz - 14 Aprel 2018, 13:44

BP şirkətinin əməkdaşı Leyla Novruzova şirkətin London ofisində Qlobal Biznes Xidmətlərində insan resursları üzrə direktor təyin edilib.

 

İnterAz-ın məlumatına görə, bu barədə şirkətdən bildirilib.

 

Qeyd edək ki, daha öncə hazırda BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu, həmçinin Şimali Afrika və Yaxın Şərq bölgəsi üzrə planlaşdırma və kommersiya əməliyyatlarına başçılıq edən Emil İsmayılov BP-nin Avstraliya üzrə vitse-prezidenti təyin olunub.