Dünya birjalarında neftin qiyməti ucuzlaşıb

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,73 dollar və ya 1,01% azalaraq 71,85 dollar təşkil edib

Bakı, Nərgiz Quliyeva, İnteraz - 16 Aprel 2018, 10:50

Dünya birjalarında neft yenidən ucuzlaşıb.

 

 

 

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,58 dollar və ya 0,86% azalaraq 66,81 dollar təşkil edib.

 

 

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,73 dollar və ya 1,01% azalaraq 71,85 dollar təşkil edib.