TAP-a Azərbaycan qazı 2020-ci ilin martında veriləcək

"Avropaya kommersiya qazının nəqli üçün TAP-ın yekunlaşması gözləniləcək"

Bakı,Nərgiz Yəhyayeva, , İnteraz - 17 Aprel 2018, 13:45

Trans Adriatik Boru Kəmərinə (TAP) Azərbaycan qazı 2020-ci ilin mart ayında veriləcək.

 

İnterAz xəbər verir ki, bunu TANAP-ın baş direktoru Saltuk Düzyol bildirib.  

 

Onun sözlərinə görə,ən geci 2019-cu ilin sonuna Trans Anadolu Boru Kəmərinin (TANAP) Faza-1 hissəsi (Əskişəhərdən Avropaya qədər olan hissə) qazı qəbul etməyə hazır olacaq: "Avropaya kommersiya qazının nəqli üçün TAP-ın yekunlaşması gözləniləcək".