İnam Kərimov kənd təsərrüfatı nazirliyində kadr islahatlarına münasibət bildirib

"Bizim leksikonumuzda yalnız innovativ və müasir düşünən kadr ifadəsi yer alıb"

Bakı, Cavid Babayev, İnteraz - 16 May 2018, 11:53

"Bizim leksikonumuzda "gənc kadr" sözü yoxdur, bizim leksikonumuzda müasir düşüncəli kadr sözü var".

İnterAz "APA"a istinadən xəbər  verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Kənd Təsərrüfatı Nazirliyində aparılan kadr islahatlarına münasibət bildirərkən söyləyib.

"O kadr həm gənc, həm də yaşlı ola bilər. Bizim leksikonumuzda yalnız innovativ və müasir düşünən kadr ifadəsi yer alıb", - deyə İ.Kərimov əlavə edib.