Azərbaycan bankları maliyyə texnologiyalarının tətbiqinə 300 mln. manat pul qoyub

"Bank sektoru və maliyyə bazarları informasiya texnlogialarının tətbiqində də ön sıralarda dayanır"

Bakı, Kəmalə Bədəlova, , İnteraz - 17 May 2018, 10:12

"Son 5 ildə Azərbaycan bankları maliyyə texnologiyalarının tətbiqinə təxminən 300 mln. manat vəsait xərcləyib. Bunun 49,8%-i yeni proqramların alınmasına sərf olunub". 

 

İnterAz-ın  verdiyi xəbərə görə, bunu Azərbaycan Banklar Assosasiyasının (ABA) sədri sədri Zakir Nuriyev deyib. 

 

"Bank sektoru və maliyyə bazarları informasiya texnlogialarının tətbiqində də ön sıralarda dayanır", - deyə o, qeyd edib. 

 

Onun sözlərinə görə, hazırda Azərbaycanda da kriptovalyuta ilə əməliyyatlar mövcuddur, amma rəqəmsal pullara münasibət birmənalı deyil: "Bu, istifadəçilər üçün rahatdır, dövlətlər üçün isə narahatlıq doğurur. Kriptovalyuta bazarı böyüyür, payını artırır, lakin gələcəyi bilmək olmaz".