Azərbaycan şirkətləri Avstriyaya 60 mln. dollardan çox investisiya yatırıb

Rüfət Məmmədov: "Avstriya ilə Azərbaycan arasında əməkdaşlıq imkanları genişdir."

Bakı, Cavid Babayev, İnteraz - 17 May 2018, 10:43

Azərbaycan şirkətləri Avstriyaya 60 mln. dollardan çox investisiya yatırıb.

Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO)  rəhbəri Rüfət Məmmədov Avstriya Azərbaycan biznes forumunda bildirib.

Onun sözlərinə görə, Avstriya şirkətləri isə Azərbaycana 73 mln. dollara yaxın vəsait qoyub: "Avstriya ilə Azərbaycan arasında əməkdaşlıq imkanları genişdir. İki ölkə arasında əməkdaşlıq üçün böyük potensial var".

O, əməkdaşlığın bundan sonra da davam edəcəyini vurğulayıb.


Report