Ruslar üçün Azərbaycan 2-ci ən ucuz çimərlik turizmi məkanıdır

Rəyi soruşulanların dediyinə görə, Azərbaycanda 2 həftə çimərlik turizmi xidmətindən istifadə etmək orta hesabla 1 609 ABŞ dollarına başa gəlir

Bakı, Nərgiz Quliyeva, İnteraz - 17 May 2018, 16:35

Ruslar arasında keçirilmiş sorğu nəticəsində məlum olub ki, Azərbaycan onlar üçün Abxaziyadan sonra II ən ucuz çimərlik turizmi məkanıdır. Bu barədə  Rusiya mətbuatı  xəbər verir. 

 

Rəyi soruşulanların dediyinə görə, Azərbaycanda 2 həftə çimərlik turizmi xidmətindən istifadə etmək orta hesabla 1 609 ABŞ dollarına başa gəlir. Bu məbləğə aviabilet, qalmaq xərcləri daxildir. 

 

Qeyd edək ki, reytinq cədvəlində III yerdə isə Vietnam qərarlaşıb.

 

"Report"