"Total" şirkəti "Şimal axını-2" layihəsində iştirak etməyəcək

Məlumata görə, görüşdə "Total" rəhbəri Vladimir Putindən gələcəkdə Rusiyanın "NOVATEK" şirkəti ilə yaradılacaq birgə müəssisə vasitəsilə Avropaya qaz ixracına icazə verməyi xahiş edib

Bakı, Nərgiz Quliyeva, İnteraz - 26 May 2018, 15:14

 Fransanın "Total" şirkəti Rusiya tərəfindən icra olunan "Şimal axını-2" qaz kəməri layihəsində iştirak təklifindən imtina edib.

 

şirkətin baş icraçı direktoru Patrik Puyannenin Sankt Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə keçirdiyi görüşdə bu məsələ qaldırılıb və Fransa tərəfi layihədə iştirak etməyəcəyini bildirib.

 

Məlumata görə, görüşdə "Total" rəhbəri Vladimir Putindən gələcəkdə Rusiyanın "NOVATEK" şirkəti ilə yaradılacaq birgə müəssisə vasitəsilə Avropaya qaz ixracına icazə verməyi xahiş edib.

 

"Report"