Bakının bəzi ərazilərində su olmayacaq

Bu barədə Azərsu ASC-dən məlumat verilib

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 13 Iyun 2018, 14:37

Bakının Xətai rayonunun Məhəmməd Hadi, Xudu Məmmədov və Vunqtau küçələrində yeni çəkilmiş magistral su xətlərinin şəbəkəyə qoşulması ilə əlaqədar bu gün Səməd bəy Mehmandarov, Nəsrəddin Tusi, General Əliağa Şıxlinski küçələrinə və Gəncə prospektinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

 

Bu barədə İnterAz-a Azərsu ASC-dən məlumat verilib.

 

Yaranacaq narahatlıqla əlaqədar qurum abunəçilərdən üzr istəyir.