Azərbaycanda qaz kondensatı daxil olmaqla 16,132 milyon ton xam neft hasil edilib

İlin beş ayı ərzində Azərbaycanda 11 810,6 mln. kubmetr qaz hasil edilib ki, bunun da 7 181,1 mln. kubmetri əməəlik qazın payına düşüb

Bakı, Nərgiz Quliyeva, İnteraz - 14 Iyun 2018, 11:20

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 16,132 mln. ton xam neft hasil edilib. İnterAz xəbər verir ki, Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu isə ötən ilin müvafiq dövründən 1,3% çoxdur.Hesabat dövründə neft hasilatının 16 110,3 min tonunu əmtəəlik xam neft təşkil edib ki, illik müqayisədə 1,2% artım qeydə alınıb.

 

İlin beş ayı ərzində Azərbaycanda 11 810,6 mln. kubmetr qaz hasil edilib ki, bunun da 7 181,1 mln. kubmetri əməəlik qazın payına düşüb.

 

Qeyd edək ki, qaz hasilatı illik müqayisədə 0,9% artıb, əmtəəlik qazın həcmi isə 8,2% azalıb.