Bu il Azərbaycanda 42 965 yeni abonent qazla təmin olunub

Təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub

Bakı, Kəmalə Bədəlova, İnteraz - 11 Iyul 2018, 13:27

2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 42 965 yeni abonent qeydiyyata alınıb.

 

İB-dən İnterAz-a verilən məlumata görə, bunun  26 689-u Bakı, Abşeron və Sumqayıt, 16 276-ı isə regionlar üzrədir. “Yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub.

 

Bundan başqa Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 138 007-ə çatıb”,-məlumatda qeyd olunub.