Azərbaycan neftinin qiyməti ucuzlaşıb

"Azeri LT CIF" markalı neftin qiyməti 77,92 dollar/barelə bərabər olub

Bakı, Nərgiz Quliyeva, İnteraz - 12 Iyul 2018, 10:27

 Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 2,44 dollar və yaxud 3,04% azalıb.

 

 "Azeri LT CIF" markalı neftin qiyməti 77,92 dollar/barelə bərabər olub.

 

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında , maksimal qiyməti isə 2008-ci ilin iyulunda qeydə alınıb.