Bakıdakı avtomobil dayanacaqlarında kameralar quraşdılacaq

"Hazırda təsnifatlaşdırma üzrə işlər gedir. Hələ ki, parklanmada standart tarif yoxdur"

Bakı, Nərgiz Yəhyayeva, İnteraz - 19 Iyul 2018, 12:52

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtdakı avtomobil dayanacaqlarında kameralar quraşdıracaq və gündəlik monitorinq aparacaq.

 

İnterAz  xəbər verir ki, bunu BNA-nın İdarə Heyətinin sədri Vüsal Kərimli İTV-yə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, hazırda dayanacaqların rəhbərlik etdiyi qurumun tabeliyinə keçməsi ilə bağlı hazırda Bakı Şəhər İcra Hakimiyyəti ilə iş aparılır. "Təhvil-təslim işləri başa çatdıqdan sonra dayanacaqlarda kameralar quraşdırılacaq. Bununla da, onların zəbt edilməsi məsələsi aradan qaldırılacaq". 

 

V.Kərimli həmçinin dayanacaqlarda parklanmanın qiymətinin yüksək olmasına da münasibət bildirib: "Bakını müəyyən zonalara bölmək istəyirik. Şəhər mərkəzinin və ətraflarda fərqli qiymətlər ola bilər. Hazırda təsnifatlaşdırma üzrə işlər gedir. Hələ ki, parklanmada standart tarif yoxdur".